Rafizilər Quranın təhrif olunduğunu iddia edirlər

Февраль 16, 2011 в 5:41 пп | Опубликовано в Quran/Коран | Оставьте комментарий

Sual: Şiə məzhəbindən olan bir tanışımdan eşitdiyimə görə onların kitabında bir ayə var və bu ayə Qurani Kərimdə yoxdur. Siz bu fikrin nə dərəcədə doğru olduğunu söyləyə bilərsinizmi? Bu surənin adı “Surəti-l Vilayə” adlanır.

Cavab:

Həmd Allaha məxsusdur.

“Surəti-l Vilayə” məsələsinə gəldikdə şiələrin alim və imamlarından bəziləri bildiriblər ki, belə bir surə Quranda vardır. Onlardan belə bir şeyin olduğunu inkar edənlər sadəcə “təqiyyə” (1) edirlər. Qurani Kərimdə belə bir surənin olduğunu açıq-aydın bildirənlərdən biri Mirzə Hüseyin Muhəmməd Təqiy əl-Nuri əl-Tubrusidir (Hicrətin 1320-ci ilində vəfat edib). O bu barədə bir kitab qələmə almış və kitabda bildirir ki, Qurani Kərim təhrif olunub və səhabələr Quranın bəzi hissələrini, o cümlədən “Vilayət Surəsini” gizlədiblər. Rafizilər onu Nəcəfdə dəfn edərək vəfatından sonra o təzim etməyə başlayıblar. Əl-Tubrusinin qələmə aldığı bu kitab hicrətin 1298-ci ilində İranda nəşr olunub və kitab nəşr olunduqda xeyli ziddiyyətə səbəb olmuşdu. Çünki, onlar Qurani Kərimin səhihliyi barədə irəli sürdükləri şübhələri, hansı ki, məsələnin həqiqəti sadəcə onların rəhbərlərinə məlum idi, özlərinin yüzlərlə böyük kitablarına salınaraq orada qalmasını istəyir və bunu bir kitab şəklində tərtib etmək istəmirdilər. Müəllifi olduğu kitabın başlanğıcında belə deyir:

“Bu Fasl əl-xitab fi isbat təhrif Kitab Rabbil Ərbab (Rəblərin Rəbbinin Kitabının təhrif olunması barədə həlledici şərhlər) adlı yaxşı və fəzilətli bir kitabdır… O kitabında səhabələr tərəfindən gizlədildiyini iddia etdiyi ayə və surələrin adını qeyd edir, o cümlədən “Vilayət Surəsi”. Onların iddiasına görə bu surənin mətni kitabda sitat gətirildiyi kimi aşağıdakı şəkildədir:

“Ey iman edənlər, sizi doğru yola hidayət etmək üçün göndərdiyimiz, bir-birindən olan Peyğəmbərə və Vəliyə (yəni, Hz Əliyə) iman gətirin. Mən hər şeyi Görən və Eşidənəm…”

Həmçinin rafizilərin irəli sürdüyü başqa bir surə də vardır ki, buna əl-Nureyn surəsi deyilir: “Ey iman edənlər, ayələrimi sizə oxumaq və böyük günün əzabından sizi xəbərdarlıq etmək üçün göndərdiyimiz iki nura (əl-nureyn) iman gətirin. Onlar biri o birindəndir və Mən hər bir Şeyi Eşidir və Bilirəm. O kəslər ki, Quran ayələrində buyurulan Allah və Onun Rəsulu ilə əhdi yerinə yetirir, onlar üçün Səadət Cənnətlər vardır, lakin o kəslər ki, iman gətirdikdən sonra əhdi pozaraq və Peyğəmbərin əmrinə asi olmaq yolu ilə küfr edirlər, onlar cəhənnəmə vasil olacaqlar. Onlar özlərinə zülm etmiş və Peyğəmbərin vəsiyyətinə qarşı çıxmışdırlar (yəni, Əlini (Allah ondan razı olsun) xəlifə təyin etməmişdirlər ) və onlara içmək üçün qaynar su veriləcək…” və digər cəfəng şeylər.

Rafizilərin iddia etdiyi həmin surəni tam şəkildə Fars dilində olan müshəfində teleqraf şəkili ilə birgə aşağıdakı saytdan görə bilərsiniz:

http://arabic.islamicweb/com/shia/nurain.htm

Prof.Muhəmməd Əli Sə`udi-Misirdə Ədliyyə Nazirliyində böyük ekspertlərdən biri-orientalilst Brayn tərəfindən saxlanılan İran müshəfini yoxlamış və bu surənin nüsxəsini əldə etmişdir; Ərəb əlyazmasında olan sətirlərin yuxarı hissəsində Fars dilində tərcüməsi verilib.

Əl-Tubrusinin Fasl əl-kitab fi isbat təhrif Kitab Rabbi-l Ərbab kitabında qeyd olunduğu kimi, bu məsələ eləcə də Muhsin Faani əl-Kəşmirinin yazdığı fars dilində olan Dabastan Məzəhib adlı kitabda da qeyd olunur. Bu kitab İranda dəfələrlə çapa verilmiş və rafizilərin kəşf etdikləri “batil, uydurma surə” Orientalist Noeldeke tərəfindən onun “Quran Əlyazmalarının Tarixi, 2/120 adlı kitabında sitat olaraq gətirilib və 1842-ci ildə Fransız dilli Asiya qəzetində dərc olunub (səh.431-439)

Eləcə də, Mirza Həbibullah əl-Haşimi əl-Xoi özünün “Mənhəc əl-Bəraah fi şərh Nəhc əl-Bələğə” (2/217) və Muhəmməd Bəqir əl-Məclisi özünün fars dilində olan “Təzkirət əl-Ə`imməh” (səh.19,20) kitabında İranda, Mənşurat Məvlanada nəşr olunub.

Həmçinin bax. “Əl-Xutut əl-`Aridah lil-əsəs əlləti qaamə `aleyhə din əl-şi`əh” Muhib əd-Din əl-Xatib

Onların bu iddiaları Allahın kəlamını inkar etməyə bərabərdir.
“Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq.” [əl-Hicr 15:9]

Belə ki, müsəlmanlar arasında yekdil rəy vardır ki, hər kim Qurandan hər hansı bir şeyin dəyişdiyini iddia edərsə kafirdir.

Şeyxu-l İslam ibn Teymiyyə demişdir:
Eyni hökm onların arasından Qurandan bəzi ayələrin çıxarıldığı və yaxud gizlədildiyi və yaxud şəriətdə buyurulan və s. əməlləri yerinə yetirməkdən onu azad edən bəzi batini məna, təfsirlərin olduğunu iddia edən şəxslərə də şamil edilir. Onlar əl-Qaramitə və əl-Batiniyyə adlanır. Onların sırasına həmçinin əl-Tənəsuxiyyə daxildir (batini sektalarının adları). Onların kafir olduğunda heç bir mübahisə yoxdur.

Əl-Sarim əl-Məslul, 3/1108-1110

İbn Hazm demişdir:

Quranın dəyişdirildiyi görüşü açıq-aşkar küfrdür və Allah Rəsulunun söylədiklərini inkar etməkdir.

Əl-Fasl fi-l Əhva və Miləl vəl Nihəl, 4/139

Ən doğrusunu Allah bilir.

(1)-Dili ilə söylədiyinin qəlbi ilə üst-üstə düşməməsi və yaxud dilinin söylədiyini qəlbinin təsdiq etməməsi. Rafizilər deyirlər ki, təqiyyə zərurət halında icazəlidir. Lakin, Qurani Kərimin təhrif olunduğuna dair təqiyyəni işə salmaqda görəsən zərurətə nə ehtiyac var?!

http://www.dinifetvalar.com/?p=5124

Добавить комментарий

RSS feed for comments on this post. TrackBack URI

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s


Entries и - комментарии feeds.

%d такие блоггеры, как: