Şiələr kimdən kömək istəyir?

Апрель 16, 2012 в 3:09 пп | Опубликовано в Müxtəlif, Şiə əqidəsi/ Вера шиитов, Şiə kitablardan scan olunmuş səhifələr, Şirk nədir?/Ширк, Əqidə/ Вероубеждение | 6 комментариев

Bismillah, bizim elm tələbələr şiələr ilə muzakirə edəndə belə hallara rastlaşdık ki, şiələr deyirlər ki onlar İmamlarin qəbrlərinə qedəndə yalniz Allaha dua edirlər, yalnız Allahdan kömək istəyirlər. Bu düzdü? Cəvab ücün onların ən məşhur dua kitabına nəzər salaq. Kitab «Məfatih əl-Cinan» müəllif Abbas Qummi.

Bu kitab onlar ücün sanki bizim ücün «Müsəlman qalası» kitabıdı. Baxın necə insanlara, Allahı saxlayib, İmamdan kömək istəməyə öyrədirlər!

6 комментариев

RSS feed for comments on this post. TrackBack URI

  1. […] BURDA biz şiə dua kitabından numunə göstərdik ki, onlar İmam Əlini köməyə cağırırlar. İndi […]

  2. Siz başa düşmürsüz ki, biz Allah qarşısında çox günahkarıq? Dərk etmirsiz ki, necə-necə nemətlər zay edibsiniz? Allah bizim hidayətimiz üçün peyğəmbərlər, imamlar göndərdi. Və onların vasitəçiliyi ilə biz günahkarlarla əlaqə qurdu. Biz onların Allah yanında hörmətli və məqam sahibi olduqlarını bilirik və onlardan Allah ilə biz günahkar qulların, tövbəsinə əməl etməyən və nemətlərin şükrünü əmələ gətirməkdən çox aciz olan bəndələrin arasında vasitəçi olmalarını istəyirik. Bu şirk deyil! Bir az düşünün, cavabı mütləq tapacaqsız.

    • Mekke muwrikleri Allahi rebb olaraq qebul edirdiler.Buna delil yunus 31-32, el Muminun 84-89, Logman 25. Ayeleridir. Mekke murikleri Allahi rebb olaraq qebul edirdiler amma muwrik olmaqlarina sebeb Allaha vasiteyle yaxinlawmaq idi.Buna delil Zumer 2-3, Eraf 191-197, Fatir 40, Fatir 13, 14. Demeli muwrik olmaqlarina sebeb ne idi?? Allah qeyrilerini ilahlawdirmiwdirlar, onlara ibadet edirdiler amma yeri goyu yaradan ruzi veren olduren dirilden ancaq Allahdir deyirdiler yeni rebb kimi qebul edirdiler amma istediklerini Allahdan istemirdiler butlerden, olmuw insanlarin qebrlerinden isteyirdiler. Bele zelalete duwmemekcun Quran ve sunneye muraciet etmek lazimdir. Bu barede deliller lap coxdu Quranda. Meselcun Ali Imran: d 31
      (Ya Rəsulum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!”
      32
      Söylə: “Allaha və Peyğəmbərə (Onun Peyğəmbərinə) itaət edin! Əgər üz döndərərsinizsə, şübhəsiz ki, Allah da kafirləri (haqdan üz çevirənləri) sevməz!”

  3. bu əməl şirkdi.çünki məkkə müşrikləri də bu əməli edirdiler.xristianlarda isa ə.s şəfaətçi tutub köməy diliyirlər.bu əmələ allah c.c şirk deyir.çünki allahın bu şəfaətçilərə ehtiyacı yoxdur.onların allaha öz qullarını tanıtmaga səlahiyyətləri yoxdu.onlar allahdan mərhəmətli deyillrər…

  4. Ömər ibn Xəttab demişdir: “Həzrəti Adəm (ə.s.) Allahın dərgahında belə ərz etdi: – “Ey Allah, mən öz bağışlanmağımı Mühəmməd(s.ə.v.a.)-in həqqi üçün səndən istəyirəm. Məni əfv et.” (Təfsiri nümunə, 4-cü cild, səh.367.) 2-ci xəlifənin (Ömər ibn Xəttab) zamanında bir il quraqlıq oldu. Bilal (Həbəşi) səhabələrdən bir neçəsi ilə peyğəmbərin məzarı üstünə gəldi və belə dedi: – Ya Rəsulallah! Allahdan ümmət üçün yağış göndər. Mümkündür ki, hamı həlak olsun.

    Osman ibn Hənif nəql edir ki, kor olan bir kişi peyğəmbərin hüzürüna gəlib dedi:
    -Ey Allahın Rəsulu, Allaha dua edin ki, mənə şəfa versin.
    Peyğəmbər cavab verdi: — İstəyirsən dua edim, sağal, istəyirsənsə səbr et, bu sənin üçün daha yaxşıdır.
    Kişi dedi: Dua edin.
    Peyğəmbər ona dəstəmaz almağı, iki rükət namaz qılmağı və namazdan sonra belə dua etməyi tapşırdı: «Allahım mən rəhmət peyğəmbəri olan Muhəmməd vasitəsi ilə sənə üz tutur və səndən diləyirəm. Ey Muhəmməd! Mən hacətimi yerinə yetirilməsi üçün sənin vasitənlə Rəbbimə üz tuturam. Allahım! Onu mənim üçün şəfaət edici qərar ver.»
    Osman ibn Hənif deyir: «And olsun Allaha, həmin kişi bizdən ayrıldı. Xeyli söhbətləşəndən sonra həmin şəxs yenidən bizim yanımıza gəldi, amma bu dəfə onda heç bir xəstəlik izi qalmamışdı.»
    Tirmizi, «Səhih», dualar bölümü 119-cü bab, 3578-ci hədis;
    İbn Macə, «Sünən» cild 1, səhifə 441, h.1385;
    Əhməd ibn Hənbəl, «Müsnəd» cild 4, h.138.

    Bu hədis sənəd və dəlalət nöqteyi nəzərdən tamdır. Hədisin sənədinə heç kəs irad bildirməmişdir. Ibn Teymiyyə deyir ki, Tirmizi səhih hədisdə peyğəmbərdən nəql edir ki, bir kişiyə belə dua etməyi öyrətdi: «Allahım mən peyğəmbərin vasitəsi ilə sənə üz tutur və səndən diləyirəm.»

    Nisai də buna oxşar olan bir hədisi «Məcmuətur-rəsail vəl-məsail» kitabının 1-ci cildində (h. 13) nəql etmişdir. Ibn Macə və Rufai həmin hədisin heç bir şübhə doğurmadığını qeyd etmişlər (ət-təvəssül ila həqiqətit-təvəssül, səh.158)

    2) Buxari öz «Səhih»ində rəvayət edir ki, qəhətlik yarandığı zaman Ömər ibn Xəttab Abbas ibn Əbdül-Müttəlibə təvəssül edərək belə dua etdi: «Allahım! Biz peyğəmbərin vasitəsi ilə Sənə təvəssül edirdik ki, bizə yağış göndərəsən. İndi də Sənə peyğəmbərin əmisi vasitəsi ilə təvəssül edirik ki, bizə yağış göndərəsən.» (Səhih Buxari, cild-2, səhifə 32, İstiska namazı babı)

    Mümkünsə bu hədislərində izahini yazardiniz. Göründüyü kimi qeyd olunan mənbələr sizin ən mötəbər kitablarinizdan olan, səhih sənədlərdir.

    • salam alaikum.

      1) Birinci hədis hətta səhih olaraq qəbul olunsa, bu dünyasını deyişdirmiş salehlərdən bir başa kömək istəməyin caiz olduğuna subut ola bilməz. Fərq cox acıqdı. Hədisə əsasən belə dua oluna bilər: «Allahım filankəsin haqqi ücün məni bağışla». Şiələr isə dua edirlər bir başa: «Ey Əli mənə kömək et»!
      2) Bu hədis əslində sizin əqidənizə dəlil yox, əleyhinə bir dəlildi. Ona görə ki hadisə Mədinədə, peyğəmbər (sallalahu alaihi va ala alihi va sallam)-in qəbrinin yanında olur. Və sahabə qedib bir başa ona dua etmir. Lakin onun diri olan əmisindın xaiş edir ki Allaha o dua etsin!


Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s


Entries и - комментарии feeds.

%d такие блоггеры, как: