Zeynəb bint Əlinin Kufə əhlinə ünvanladığı sözlər

Август 16, 2012 в 8:15 дп | Опубликовано в Tarix/История, Şubhələrə rədd/Ответ на сомнения | 2 комментария

Şiələrin Müfid alimləri öz «əl-Əmali» kitabında yazıb:

38-ci məclis

8. Zeynəb bint Əlinin Kufə əhlinə ünvanladığı sözlər

Həzləm bin Sətir rəvayət edir ki, Hicrinin 61- ci ili Məhərrəm ayında Əli ibn Hüseyn qadınlarla bir yerdə əsgərlərin mühasirəsi altında Kərbəladan gətiriləndə mən də Kufəyə yə gəldim. Camaat da ki, toplaşmışdı ki, onlara baxsın. O, yorğa dəvələr üstündə oturmuş qadınlarla yaxınlaşanda Kufə qadınları ağlayıb ağı deməyə başladılar. Mən Əli ibn Hüseynin xəstəlikdən taqətdən düşdüyü və boynu zəncirli əlləri isə boynuna bağlandığından zəifləmiş səsini eşidirdim. O dedi: “Sakın! Əgər bu qadınlar doğurdan da bizə ağlayırlarsa – bəs onda bizi kimlər öldürdülər?”

O dedi: Və Mən Zeynəb b Əlini gördüm , bu vaxta kimi bu cür bəlağətli və təvazökar bir qadın görməmişdim. O sanki Əmirəlmömininin səsi ilə danışırdı.

O dedi : O (Zeynəb b Əli), əlini camaata tərəf uzadtdı ki, onları susdursun, beləliklə nəfəslər səngidi və səslər kəsildi. Sonra O (Zeynəb b Əli) dedi:

“Şükr və tərif Allaha məxsusdur və Onun salamı atama və rəsulullaha olsun. Bilin ey Kufə camaatı , ey fitnəkar və xain camaat. Qoy sizin göz yaşlarınız heç vaxt qurumasın və qoy sizin inildəyən ağlaşmanız dayanmasın. Siz aldatmaq xatirinə yalançı andlar içirsizniz(16:92). Ay camaat! Görəsən sizin aranızda lovğalardan, rüsvayçılıqla ləkələnmişlərdən və qəlbi nifrətlə dolu olanlardan başqa kimsə var? Qarşıdurmadan qorxub qaçanlar, düşmən qabağında gücsüzlər, beyət andını pozanlar, məsuliyyətlərini itirmişlər. (Bizə) göndərdiyiniz bədbəxtliyə görə siz Allahın qəzəbinə düçar olmusunuz. Və həmişə cəza çəkəcəksiniz.

Nədir, siz ağlayırsız? Onda çox ağlayın və bir az da özünüzə gülün, çünki, siz bu rüsvayçılığı və bu rəzaləti qazanmısınız və siz heç vaxt sizə yapışmış bu çirkli ləkəni yuya bilməyəcəksiniz. (Siz sonuncu peyğəmbərin) peyğəmbərlik möhürünün cavan budağını, cənnət cavanlarının əfəndisini, sizin seçilmişlərinizin pənahını, başınıza gələcək bədbəxtliklərdən sığınacağınızı, taleyinizin səmtini,Höccətinizin (sübutunuzun) yolunu tərk etdiniz və ona (Hüseynə və əhli beytə) fitnə fəsad törətdiniz. Necə də yamandır boynunuzda olan bu yük? Bədbəxtdir sizdən olan kimsə və öz tədbirləriniz (plan) özünüzə qayıtsın. Cəhdlər heçə getdi, əllərdə toz torpaqdan bir şey qalmadı, sövdələşmə boşa getdi. Siz Allahın qəzəbinə düçar olmusunuz, həqirlik və zəlillik sizə yapışdırılıb.

Vay olsun sizə! Heç bilirsiz Muhəmmədin hansı ciyərparəsini parçaladınız və kimin qanını tökdünüz? Və kimin ləyaqətini alçaltdınız? Həqiqətən siz çox iyrənc və dəhşətli iş tutdunuz. “Bundan az qaldı göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun”(19:89-90). Etdiyiniz axmaqlıq və alçaqlıq göyləri və yer üzünü doldurmağa bəs edər. Əgər sonra göydən qan yağsa siz onda təəccüblənəcəksiz? “Axirət əzabı isə daha rüsvayedicidir.”(41: 16). Ona görə də bir müddət boş buraxıldığınızı zənn etməyin, elə bilməyin ki, O xəbərsizdir və ya qorxulu bir şey yoxdur O qisas almayacaq. Xeyr! “Həqiqətən, sənin Rəbbin nəzarət edir. ”(89:14)”

2 комментария

RSS feed for comments on this post. TrackBack URI

  1. не пох йейирсиз йейин ехлибейтин нуруну сондуру билен дейилсиз муавиеден торемелер

    • kul bashiva….Muaviyye (r.a.) hec olmasa islami qebul etmishdi…siz ki Yehudilerden torenmisiniz…Allahin dushmenleri…siz de oz shirkinizle Allahin nurunu sondure bilmeyeceksiz


Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s


Entries и - комментарии feeds.

%d такие блоггеры, как: