Sahabələr Allah tərəfindən paklanıb.

Ноябрь 22, 2012 в 3:14 дп | Опубликовано в Sahabeler/Сподвижники | Оставьте комментарий

Görəsən canları və malları ilə cihad etmiş sahabələr barəsində Quranda 33:33 ayəsinə bənzər ayə varmı?
Axı onlar “Lə iləhə illəlah” kəliməsi xatirinə ailələrini və yurdlarını tərk etmişdilər. Məgər Allah Peyğəmbərimizin (sas) arvadlarınin paklanması barəsində ayə endiribsə bu igid döyüşçülərin paklanması barəsində ayə endirə bilməzdi?
Gəlin, bizdən tələb edildiyi kimi Quran barəsində düşünək. Allah Öz kitabında deyib:
Məgər onlar Quran barəsində düşünmürlərmi? Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar.(4:82)
Gəlin Əhzab surəsi 33-cü ayəyə baxaq.
Ey ev əhli! Allah sizdən günahınızı (ər-Rics) silib aparmaq və sizi tərtəmiz etmək istəyir. (33:33)
Biz bu ayədə 2 əhəmiyyətli bəyanatı görürük.

  • Günahın (ər-Rics) silinib aparılması
  • Paklaşma

Sahabələr isə Peyğəmbər (sas) ölümündən sonra İslamı yayacaq şəxslər idilər. Buna görə də günahın (ər-Rics) silinib aparılması və paklaşma çox vacibdir.
İndi isə gəlin digər ayəyə nəzər salaq və düşünək.
O zaman (Allah) Öz tərəfindən bir təskinlik olsun deyə, sizə yüngül bir mürgü göndərmiş, göydən sizin üzərinizə yağmur endirmişdi ki, onunla sizi təmizləsin, şeytanın vəsvəsəsini sizdən uzaq etsin, qəlbinizi möhkəmləndirsin və onunla qədəmlərinizi sabit etsin. (8:11)
Bu ayədə isə 3 əhəmiyyətli bəyanatı görürük.

  • Vəsvəsənin (ər-Rics) uzaqlaşdırılması
  • Paklaşma
  • Qəlblərin (imanın) möhkəmləndirilməsi

Subhanallah! Allah tərəfindən bəşəriyyəti hidayət etmək üçün göndərilmiş bu kitabı biz necə tərk edə bilərik? Niyə biz Quranı tərk edib əvəzində səviyyəsiz mənbələrə tabe olmalıyıq? Vallahi yalnız Quran rafizilərə kifayət etməli idi ki, haqq yoluna gəlsinlər.
Bununla da rafizilər gərək sahabələri özlərinə imam götürüb deməliydilər ki, onlar məsumdurlar. Amma biz onlardan sahabələri qəbul edib öz xeyirləri üçün küfr əqidəsini tərk etməkdən başqa bir şey istəmirik.

Добавить комментарий

RSS feed for comments on this post. TrackBack URI

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s


Entries и - комментарии feeds.

%d такие блоггеры, как: