Bu şəkilə bir baxın!

Декабрь 6, 2012 в 11:26 дп | Опубликовано в Şiələr kimdi?/Кто такие шииты | Оставьте комментарий

Bu şəkil İsa (a.s) üçün yox Əli ibn Abu Talib (r.a) üçündür. Biz deyəndə ki, şiələrin inancı ilə razılaşmırıq və deyirik ki bu İslama ziddir, bu o demək deyil ki, biz Peyğəmbərin (s.a.s) ailəsini sevmirik, əksinə bu İslamda vacibdir, bu əhli sünnənin yoludur, ancaq biz hesab edirik ki, necə ki, şiələr özlərini ehli-beytin davamçıları hesab edirlər baxmayaraq ki, əslində bu belə deyil, eləcə də xristianlar da bildirilər ki, biz İsanı sevmirik, ancaq həqiqətdə İsanı sevirik, eyni ideya bizlə şiələr arasında da var. Şəkilə diqqət yetirin!!! Şəkil Şiə imamət CD-dən götürülmüşdür.
Uca Allah deyir: De:«Ey kitab əhli, öz dininizdə haqsız yerə ifrata varmayın (bəşər övladını Allah və ya Allahın oğlu, yaxud üç Allahdan biri hesab etməyin) və həmçinin bundan qabaq (fitrətin düz yolundan) azmış, çoxlarını azdırmış və doğru yoldan (peyğəmbərlərin şəriətlərindən) sapmış dəstənin nəfsi istəklərinə tabe olmayın».” (Maidə 77). Onlar Əli (r.a) haqqında əvvəllər kafirlərin öz tanrılarına və müqəddəslərinə qarşı etdiklərini edirdilər,əlbəttə ki, peyğəmbər və onun əhli beytinin buna heç bir dəxli yoxdur və onlar bunu görsəydilər şübhəsiz ki, bunla razı olmazdıar, çünki onların öyrətdikləri İslam idi. Baxın Əhli Beytin dini barəsində heç bir məlumatı olmayan ancaq özlərini Əhli Beytin davamçıları olduqlarını iddia etdən insanlar kimdir.

Əli ibn Əbu Talib (r.a) Nəhcül-Bəlağədəki öz xütbələrindən birində deyir: “(Şeytanın arxasınca getməyin təsirindən) tezliklə iki tayfa mənə görə həlak olacaq: (birincisi) dostluqda ifrata varan dost. Beləki, sonsuz məhəbbəti onu batil yola (şiəliyə) çəkəcək. Digəri isə mənə qarşı öz həddini aşan və sonsuz düşmənçiliyinin nahaq yola vadar etdiyi (xəvaric və nəvasib kimi) düşməndir. Mənim haqqımda ən yaxşı iş görənlər bu ikisinin arasında olan adil dəstədəndirlər. Belə isə bu adil dəstəyə yoldaş olub böyük kütlənin ardınca gedin. Çünki Allahın əli (bu) camaatın üstündədir. (Onlara qarşı) müxaliflikdən və ayrılıqdan çəkinin. Çünki tək qalan qoyun canavara yem olduğu kimi, camaatdan təcrid olan, tənha qalan da şeytana düçar olar. Agah olun, bir kimsəni bu yola dəvət edən (dində bid’ət yaradan) hərkəsi öldürün, mənim əmmaməmin altında olsa belə.” (Nəchul-Bəlağə, Xəvariclər haqqında 126-cı, bəzi nəşrlərdə isə 127-ci xütbə)
Həmin dövrdə 3 qrup insan var idi:
Xaricilər – onlar deyirdilər ki imam Əli kafir idi və onlar ibn Mulcəmi onu öldürməyə göndərirlər və o da öldürdü.
Şiələr- onlara görə o məsum imamdır və Allah onu müsəlmanlara rəhbər seçib və sairə
Sünnilər (müsəlmanların əksəriyyəti) – deyirlər ki, o Peyğəmbərin böyük sahabələrindən biridir və müsəlmanların böyük rəhbərlərindən biridir, ancaq müsəlmanlar onu özləri seçiblər Allah yox.
Böyük əksəriyyət və orta yolun davamçıları olan insanların kim olduğunu imam Əlinin öz xütbəsindən və göstərilən 3 qrupda aydın görmək olar.

Добавить комментарий

RSS feed for comments on this post. TrackBack URI

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s


Entries и - комментарии feeds.

%d такие блоггеры, как: