Горькая правда о 12-ом имаме со слов шиитского ученого

Ноябрь 18, 2012 в 5:34 пп | Опубликовано в Şubhələrə rədd/Ответ на сомнения, İmamət/ Имамат | Оставьте комментарий

Во имя Аллаха!

Шейх Мухаммад Асиф Мухсини, известный в шиитском мире ученый хадисовед. Continue Reading Горькая правда о 12-ом имаме со слов шиитского ученого…

Ясный довод на имамат?

Октябрь 21, 2012 в 6:43 дп | Опубликовано в Sahabeler/Сподвижники, Sünnə müdafiəsi/ Защита сунны, Şubhələrə rədd/Ответ на сомнения, İmamət/ Имамат | Оставьте комментарий

Шейх шиитов Шариф аль-Муртада в своей книге «Аш-Шафи филь Имама» 2/98, сказал: Continue Reading Ясный довод на имамат?…

Yaşar Süleymanlı və Zülfüqarın imamət bəhsi — Full version

Август 19, 2012 в 10:11 дп | Опубликовано в Media/Медия, Əqidə/ Вероубеждение, İmamət/ Имамат | Оставьте комментарий

70 000 000 dil bilən şiə İmamı!

Апрель 4, 2012 в 11:27 дп | Опубликовано в Şiə kitablardan scan olunmuş səhifələr, Əqidə/ Вероубеждение, İmamət/ Имамат | 1 комментарий

Şiələrin «Buharisi» Muhammad Kuleini öz «Kəfi» kitabında rəvayət edib, və başqa alimləri Məclisi «Miratul uqul» (5/357) kitabında bu hədisə səhih deyib!

Continue Reading 70 000 000 dil bilən şiə İmamı!…

Imam Əli xəlifə olmaga istəmirdi

Март 22, 2012 в 6:49 дп | Опубликовано в Tarix/История, Şiə kitablardan scan olunmuş səhifələr, İmamət/ Имамат | 2 комментария

 

Ali (r.a) Qurani nazil olmağdan evvel bilib — ayətüllah əl-Muhaciri

Январь 25, 2012 в 1:16 пп | Опубликовано в Media/Медия, Quran/Коран, Əqidə/ Вероубеждение, İmamət/ Имамат | 1 комментарий

İmamlar məsum olmayiblar

Декабрь 4, 2011 в 7:51 пп | Опубликовано в İmamət/ Имамат | Оставьте комментарий

İmamların duaları…

Cəfər Sadiq deyib: “Mənim ən yaxşı dostum mənim səhvlərimi mənə deyəndir.” (Muhsin Hərrati “Yaxşılığa dəvət, pis işlərdən çəkindirmək” səh 15, Əhli Beyt evi, 2005)

İmam Əli deyib: “Ey Rəbbim! Məni özümdən də yaxşı tanıdığına görə bağışla. Əgər mən yenə həmin əmələ (öncə bağışlanmış) qayıtsam, onda sən də məni öz rəhmətinə qaytar. Ey Rəbbim! Məni Sənə söz verib onu tam yerinə yetirmədiyimə görə bağışla. Ey Rəbbim! Məni Sənə sözlə yaxınlaşıb, daha sonra qəlbimlə ondan üz döndərdiyimə görə bağışla. Ey Rəbbim, əməlimdəki, sözlərimdəki səhvlərimi bağışla.” (Xütbə 78 (rus dilində), Feyzul İslamın şərhi ilə c.1, səh. 111, xütbə 77)

İmam Zeynəlabiddin buyurur: “Ey Rəbbim! Öz ibadətlərimi sayarkən onları bir heç görürəm. Öz günahlarımı etiraf edərkən onları hədsiz sayda görürəm. Sən heç bir qulundan, hətta ən günahkar qulundan belə üz döndərməzsən. Elə isə məni bağışla. Ey Rəbbim! İblis Sənə üz tutduğum anda, kiçik və böyük  günahlardan qaçarkən mənə yetişdi ki, bunlar məni məhv edə bilərdilər. Mən günah edəndə və Sənin qəzəbini qazananda isə şeytan məni tərk etdi. (müxtəsərlə) (“Səhifə səccadiyyə” dua 32)

Çox qəribədir ki, www.alshia saytında haşiyədə yazılıb: ”Bu duanı İmam gecə namazlarından sonra deyərdi və günahlarını etiraf edərdi”.

İmam Zeynəlabiddin həmçinin duasında: “Ey Rəbbim! Günahlarımın ağırlığını üzərimdən götürməni Səndən diləyirəm. Bu ayaq üstə dayanmağa qoymayan yükü daşımada mənə yardım et….” (“Səhifə səccadiyyə” dua 39)

İmam duasında: “…Məni öz əməllərimə görə məhv etmə, mənim əməllərimə irad tutub gizli sirrlərimi faş etmə. Gizli olanları üzə çıxartma və mənim əməllərimi ədalətlə mühakimə etmə. İnsanlardan ən yaxşı olanlarına mənim qəlbimi açma və onlardan mənim utanacaq işlərimi gizlət. Onlara məni rüsvay edəcək gizli əməllərimi açma….” (“Səhifə səccadiyyə” dua 41)

http://www.al-shia.com/html/ru/lib/dua/sahife/m41.htm
İmam duasında: “Bu dəqiqə sənin önündə günahların əlində oyuncaq olaraq günah və zəlalətlərə getməyə müsaid olan dayanıb. İblis ona hücum etdi və qalib gəldi. Onda O, sadəlövcəsinə ona əmr etdiyini etmədi və təkəbbürcəsinə ona yasaq etdiyini edirdi….” (“Səhifə səccadiyyə” dua 31)

http://www.al-shia.com/html/ru/lib/dua/sahife/m50.htm
İmam Zeynəlabiddin: ”Sənin önündə günahlarını daha yaxşı bildiyin qulun dayanıbdır…” (“Səhifə səccadiyyə” dua 31)

Həmçinin: “Ey Rəbbim! Bu dayandığım yerdə mən kiçik və böyük günahlarımdan, gizli və aşkar zülmlərimdən, keçmiş və indiki günahlarımdan tövbə edirəm.” (“Səhifə səccadiyyə” dua 31)

İmam duasında: “Ey Rəbbim! Səndən öz cahilliyimə görə əhv və mənim günahlarımı bağışlamanı diləyirəm… Ey Rəbbim! Önündə dayanarkən mən qəlbimin günah meyllərinə, günah baxışa, ağzımdan çıxıb Sənin rizana tərs gələn günah sözlərə görə Səndən istiğfar diləyirəm….” (“Səhifə səccadiyyə” dua 31)

İmamın digər dualarını bu linklərdən oxumaq olar:

http://www.al-shia.com/html/ru/lib/dua/sahife/m12.htm

http://www.al-shia.com/html/ru/lib/dua/sahife/m16.htm

http://www.al-shia.com/html/ru/lib/dua/sahife/m39.htm

 

 

Əbu Həmzə əl Misalidən İmam Zeynəlabiddinin bu duası rəvayət olunur: “Mənim hər hansı bir ehtiyacım olduğu anda harda olmağımdan asılı olmayaraq, Rəbbimlə təklikdə qalıb, Ona hər hansı bir vasitəçisiz üz tutub dua etdiyim və istədiyimi mənə verən Allaha həmd olsun… Ona və ondan qeyrisinə dua etmədiyim, əgər qeyrisinə dua etsəydim, duamı cavabsız qoyan Allaha həmd olsun.” (“Səhifə səccadiyyə” səh 214, 411, 67, 144)

Həmçinin həmin yerdə duada deyilir: “Sənə yaxınlaşmada Səndən başqa bir vasitə yoxdur.” (“Səhifə səccadiyyə” səh 144)

Həmçinin: “Yaxşı işlər olduqda və xeyir yetişdikdə Sənə üz tutular. Pis hallar və sıxıntılar  olduqda da Sənə üz tutular.” (“Səhifə səccadiyyə” səh 67)

“Səndən başqa heç kəsə öz ümidlərimi bağlamıram. Səndən başqa heç kəsə üz tutmur və səndən başqa heç kəsə dua etmirəm.” (“Səhifə səccadiyyə” səh 144)

İmam Zeynəlabiddin Allaha etdiyi duasından: “Ey Rəbbim, ey Rəbbim! Sən İlahsan. Mən isə qulam. Məgər Rəbdən başqa kimsə qulu əhv edə bilərmi?

Ey Rəbbim, ey Rəbbim! Sən Ucasan, mən isə dəyərsizəm. Məgər dəyərsizi Uca olandan qeyrisi əhv edə bilərmi?

Ey Rəbbim, ey Rəbbim! Sən xaliqsən, mən isə məxluqam. Məgər məxluqu Xaliqdən qeyrisi əhv edə bilərmi?

Ey Rəbbim, ey Rəbbim! Sən ikram edənsən, mən isə istəyənəm. Məgər istəyəni Cəlal sahibi olan Allahdan qeyrisi əhv edə bilərmi?

Ey Rəbbim, ey Rəbbim! Sən yardım edənsən, mən isə yardım istəyənəm. Məgər yardım istəyəni İzzət sahibi olan Allahdan qeyrisi əhv edə bilərmi? (“Səhifə səccadiyyə” səh. 386)

İmam Cəfər Sadiq həmçinin duasında buyurur: “Ey Rəbbim! Sən həqiqətən mənim sözlərimi eşidirsən, olduğum yeri bilir, aşkar edib, gizlətdiyim hər şeyi bilirsən. Gördüyüm heç bir əməl səndən gizli deyildir. Mən yardım və kömək istəyən, qorxu ilə əhatə olunub öz günahlarımı etiraf edən bir fəqirəm. Mən sənə heç nəyi olmayan fəqir, aciz, günahkar qul kimi  üz tuturam. Mən sənə qorxu ilə əhatə olunanın, qəlbi və ruhu Sənə yol axtaranın etdiyi dua kimi dua edirəm. Ey Allah! Mənim duamı cavabsız qoyma. Mənə qarşı şəfqətli və rəhmli ol. Ey izzətlilərin İzzətlisi, kərim olanların ən Kərimlisi. Aləmlərin Rəbbi olan Allaha həmd olsun.” (Məclisi “Biharul Ənvar” c.91, səh. 225)

İmam Cəfər Sadiq buyurur: “Gecənin son 1/3-i olduqda, qalx və iki rükət namaz qıl. Mülk və Səcdə surələrini oxu və Allaha bu dua ilə müraciət elə: “Ey Rəbbim! Gözlər yatdı, ulduzlar çıxdı. Sən isə Həyy və Qəyyumsan. Səni nə yuxu, nə də mürgü tutmaz… Ey yardım istəyənlərə yardım edən! Mənə öz rəhmətinlə yardım elə.” (Təbərsi “Məkarim əl əxlaq” səh. 337)

İmam Muhəmməd Baqir Fatimə Zəhra (radıyallahu anhə) haqqında buyurur: “Fatimə (radıyallahu anhə) Peyğəmbərin (sallallahu aleyhi va səlləm) vəfatından sonra 60 gün yaşadı. Bu günlərdə o xəstələndi və onun xəstəliyi şiddətləndi. Xəstəliyi zamanı o Allaha belə dua edirdi: “Ey Həyy və Hakim olan Allahım! Sənin mərhəmətinlə səndən yardım diləyirəm. Bunu mənə nəsib elə. Ey Rəbbim! Məni oddan xilas et və Cənnətinə sakin elə. Məni atam Muhəmməd (sallallahu aleyhi va səlləm) ilə qovuşdur.” (Məclisi “Biharul Ənvar” c.43,səh 217)

Şiələrin on iki imam etiqadı haqqında nə məlumat verə bilərsiniz?

Февраль 16, 2011 в 5:46 пп | Опубликовано в İmamət/ Имамат | 7 комментариев

Sual: Xüsusilə də son dövrdə olan şiələrin on iki imam haqqında fikirləri haqqında nə deyə bilərsiniz.

Cavab:

Həmd Allaha məxsusdur.

Continue Reading Şiələrin on iki imam etiqadı haqqında nə məlumat verə bilərsiniz?…

Əli Əbu Bəkrə dərhal beyat edib!

Февраль 15, 2011 в 7:22 пп | Опубликовано в Şiə kitablardan scan olunmuş səhifələr, Şubhələrə rədd/Ответ на сомнения, İmamət/ Имамат | 3 комментария

Cəfər Subhani — Əli xəlifə olmağa istəmirdi

Февраль 15, 2011 в 7:16 пп | Опубликовано в Şiə kitablardan scan olunmuş səhifələr, İmamət/ Имамат | Оставьте комментарий

Следующая страница →


Entries и - комментарии feeds.