Əl-Valid bin Uqbə və səhabələrin adilliyi

Январь 10, 2014 в 7:21 дп | Опубликовано в Sahabeler/Сподвижники, Sünnə müdafiəsi/ Защита сунны | Оставьте комментарий

əl-Valid bin Uqbə bin Əbi Mueyt Məkkənin fəthi günü qardaşı Xalid bin Uqbə ilə birlikdə İslamı qəbul etmiş səhabələrdən biridir. Anası Ərva bint Kureyz bin Rabia həm də Osman bin Affan’ın – radiyallahu anhumə — anası olmuşdur. Beləliklə əl-Valid bin Uqbə ana tərəfdən Osmanın qardaşıdır. Kunyəsi Əbu Vahb olaraq tanınır. Peyğəmbərin – salləllahu aleyhi va səlləm – zəkat işini tapşırdığı kəslərdən biri də o, olmuşdur. Xəlifə Osman onu Kufənin valisi təyin etmiş və daha sonra onu vəzifəsindən almışdır. Osman vəfat etdikdən sonra səhabələr arasında baş vermiş savaşlarda iştirak etmədi. Ölənə qədər ər-Raqqa şəhərində qaldı və əl-Bəlix şəhərində dəfn olundu.

Bir neçə il bundan əvvəl internet şəbəkəsində “Xilafət və Səltənət Savaşı” adlı bir yazıya cavab olaraq “Müaviyə bin Əbi Sufyan” adlı bir kitab hazırlamışdıq. Kitabda “əl-Hucurat” surəsindəki ayənin nazil əl-Valid bin Uqbə haqqında nazil olmadığını isbat etməyə çalışmışdıq. Lakin o zaman tutduğumuz mövqenin xətalı olduğuna inanırıq və bunun cədəldən doğan bir tələskənlikdən qaynaqlandığını düşünürəm. Bu yazımızda səhvimizi düzəldərək bu barədə daha geniş məlumat vermək istərdik.

əl-Valid bin Uqbə və “əl-Hucurat” surəsindəki fasiqin xəbəri haqqındakı ayəyə münasibətdə sünni alimləri fərqləniblər. Bu kiçik yazımızda sünni alimləri arasında bununla bağlı mövcud olan mövqeləri təqdim edəcəyik.

Bəzi alimlər ayənin nazil olma səbəbi haqqında gəlmiş həmin rəvayətləri ya tamamilə qəbul etməyiblər, ya da tərəddüd ilə yanaşıblar. Bu barədə xəbərlərin səhih olmadığını deyən alimlərdən biri məşhur maliki alimi, mühəddis əl-Qadi Əbu Bəkr ibn əl-Arabi əl-İşbili (vəf. h. 543) olmuşdur. O, “əl-Avasim minəl-Qavasim” kitabında deyir:

əl-Valid’ə gəldikdə isə bəzi müfəssirlər zikr ediblər ki, Allah onu “əgər bir fasiq sizə xəbər gətirsə onu araşdırın!” sözlərində fasiq adlandırmışdır və onların sözlərinə əsasən bu ayə onun haqqında nazil olmuşdur. Peyğəmbər – salləllahu aleyhi va səlləm – onu Bənul-Mustaliq qəbiləsinə göndərmiş, o isə onların mürtəd olduqlarını xəbər vermiş və sonra Allahın Elçisi – salləllahu aleyhi va səlləm – onların yanına Xalid bin əl-Valid’i göndərmiş, onların halını öyrənmiş və onun sözünün batilliyi üzə çıxmışdır. Bu barədə ixtilaf ediblər, bu hadisə üçün nazil olduğu deyilmiş, bəziləri isə başqa hekayədə Əli ilə əl-Valid haqqında nazil olduğunu deyiblər. Həmçinin rəvayət olunmuşdur ki, əl-Valid digər uşaqlarla birlikdə fəth günü Allah Elçisinin – salləllahu aleyhi va səlləm – yanına gətirilmiş və ondan başqa hamısının başına məsh çəkmiş onlara bərəkət etmişdir. Dedi: “Başımda bir xaluq[1] var idi, ona görə də o, — salləllahu aleyhi va səlləm – başıma məsh çəkməkdən imtina etdi.” Görəsən kim bu yaşda birini etibarlı şəxs kimi elçi göndərə bilər?! (Xəbərlərdə gəlmiş) belə ixtilafa əsaslanaraq alimlər güclü hədisləri etibardan düşürürlər, o zaman belə bir söz ilə hansı insanı fasiq çıxarmaq olar? Xüsusilədə peyğəmbərin – salləllahu aleyhi va səlləm – səhabələrindən birinə buna əsasən necə fasiq hökmü vermək olar?![2]

Beləliklə əl-Qadi İbn əl-Arabi bu xəbərləri səhih saymayıb. Onlara əsasən bir səhabəyə fasiq hökmü verməkdən imtina etmişdir. Onun “əl-Avasim” kitabının təhqiq etmiş Şeyx Muhibbud-Din əl-Xatib onunla razılaşaraq deyir:

Əvvəllər bu ayənin əl-Valid bin Uqbə haqqında nazil olmasında və Allahın onu fasiq adlandırmasına təəccüb edirdim! Necə olur ki, bundan sonra Allah Elçisinin – salləllahu aleyhi va səlləm – iki xəlifəsi Əbu Bəkr və Ömərin nəfsində onun üçün dəyər və hörmət qala bilir? Bunu tarix qeydə almış və 86-cı səhifədə Osmanın onu Kufəyə vali təyin etməsindən əvvəl ondan çox il ərzində (bu iki xəlifənin ona qarşı hörməti haqqında) dəlilləri qeyd etdik. Əbu Bəkr və Ömərin əl-Valid bin Uqbə’yə etibar etmələri ilə əgər Allah onu fasiq adlandırıbsa vacib olan müamilə arasındakı bu ziddiyət bu ayənin onun haqqında nazil olmasına şəkk etməyimə səbəb oldu! əl-Valid’i fasiq saya biləcəyimizə imkan verən bir işi etməsini imkansız gördüyümüzə görə deyil, lakin sözləri aşkar olan Quranda fasiqlik damğası almış birinin bu iki nəfər yanında etibar qazanmasını uzaq bir ehtimal saydığımız üçün şəkkə düşdük, halbuki Allahın qullarından olan övliyaları içində Allah Elçisindən sonra onlardan Allaha daha yaxın heç bir kəsin olmadığını bilirik. Bu şəkkə düşdükdən sonra bu ayənin nazil olma səbəbi haqqında gəlmiş xəbərlərə baxdım, bu xəbərləri təhqiq etməyə davam etdikcə onların Mücahiddə və ya Qatədədə və ya İbn Əbi Leylada və ya Yezid bin Rumanda məvquf olduğunu gördüm…Burada iki məvsul xəbər var ki, onlardan biri Umm Sələmə’dəndir və Musa bin Ubeydə iddia edir ki, bunu Umm Sələmə’nin azadlı qulu Sabit’dən eşitmişdir. Musa bin Ubeydə’ni Əhməd, İbnul-Mədini, İbn Adiy və bir qrup alim zəif saymışlar. İkinci məvsul xəbəri isə ət-Tabəri öz təfsirində İbn Sad’dan rəvayət edir və o, Muhamməd bin Sad əl-Aufi’dir. əş-Şeyx Əhməd Şakir bu sənədi vəsf edərək bunun bir ailədən olan bir çox zəif ravilər zəncirindən ibarət olduğunu demişdir.[3]

Şeyx Muhibbud-Din əl-Xatib də xəbərlərə daha konkret şəkildə toxunur və onların zəif olduğunu deyir. Bu xəbərlərə inkar etməsələr də onların səhihliyində tərəddüd etmiş alimlər olmuşdur. əl-Hafiz İbn Kəsir (vəf. h. 774) “əl-Bidəyə van-Nihəyə” kitabında bu xəbərləri zikr etdikdən sonra deyir:

Bunu təfsir alimlərindən bir çox kəs zikr etmişdir. Bunun səhihliyini Allaha daha yaxşı bilir. Əbu Ömər bin Abdil-Bərr bunun üzərinə icma nəql etmişdir.[4]

Lakin bu məsləyin güclü bir məslək olmadığını etiraf etməliyik, çünki ümmətin icmaya yaxın böyük əksəriyyəti bu xəbərləri qəbul ediblər və ayənin nazil olma səbəbinin əl-Valid bin Uqbə ətrafında baş vermiş həmin hadisə ilə bağlı olduğunu deyiblər. Bu isə özlüyündə xəbərlərin doğruluğu üçün kifayət qədər güclü bir arqumentdır.

O zaman bu xəbərlərin səhih olduğunu qəbul edənlərin buna münasibətini bilmək lazımdır. Onlar öz aralarında fərqli mövqeyə sahib olublar. Bu məsələ barədə danışmış bir qrup alim ayədə “fasiq” sözünün əl-Valid bin Uqbə üçün hökm olaraq deyil, lakin ümumi vəziyyətin tələbinə görə gəldiyini deyiblər. Onlar əl-Valid bin Uqbə’nin qəsdən yalan danışmadığını söyləyiblər. Bu fikirdə olan bəzi alimlərin sözlərini təqdim etsək görüşləri daha da aydın olar. Əbul-Qasim Mahmud bin Həmzə əl-Kərməni[5] deyir:

əl-Valid qəsdən yalan danışmamışdı, çünki o, elə güman etdi ki, Bənul-Mustaləq onun üçün yox, ona qarşı toplaşmışdı. Belə ki, Allahın elçisi – salləllahu aleyhi va səlləm – onu Bənul-Mustaləq’ın yanına zəkat toplamaq üçün göndərmişdi və onların arasında düşmənçilik var idi. Onlar onun gəlişini eşitdikdə miniklərinə minib onu qarşılamağa getdilər, o isə onların onu öldürmək istədiklərini zənn etdi. Beləliklə geri döndü və dedi: “Ey Allahın elçisi, onlar zəkat ödəməkdən boyun qaçırdılar və məni öldürmək istədilər.” Peyğəmbər – salləllahu aleyhi va səlləm – onların yanına getmək istədi  və Allah bu ayəni nazil etdi.[6]

Məşhur hənəfi üsul və təfsir alimi ən-Nəsəfi (vəf. h. 710) deyir:

Bunun əl-Valid bin Uqbə haqqında nazil olması barədə icma ediblər. Allahın elçisi – salləllahu aleyhi va səlləm – onu zəkat toplamaq üçün Mustəliq tayfasının yanına göndərdi. Cahillikdə onunla onlar arasında düşmənçilik var idi. Onların torpaqlarına yaxınlaşdıqda miniklərinə minərək onu qarşılamağa çıxdılar, o isə onların onu öldürəcəklərini hesab etdi.[7]

Alləmə Fəxrud-Din ər-Razi (vəf. h. 606) deyir:

Ayənin həmin vaxt nazil olduğunu qəsd edirlərsə bu, gözəldir. Lakin əgər ayənin buna görə, yalnız ona xas olaraq nazil olduğunu və hökmünün başqalarına da aid olduğunu deyirlərsə elə deyildir. Əksinə deyirik ki, bu, araşdırmağın,  fasidin sözünə etimadın tərkinin bəyanı üçün ümumi olaraq nazil olmuşdur. Bunun ona görə nazil olduğunu deyənlərin görüşünün zəifliyinə həm də dəlalət edən budur ki, Allah – təalə — demir ki, “Mən bunu bu səbəbə görə nazil etdim.” Peyğəmbərdən də — salləllahu aleyhi va səlləm – nəql olunmayıb ki, ayə yalnız fılan şeyin bəyanı üçün nazil olmuşdur. Burada ən uzağı görünən budur ki, ayə həmin vaxt nazil olub və bu, ayəni nazil olmasının tarixi üçün bir misaldır və biz bunu təsdiq edirik. Bizim bu dediklərimizi təsdiqləyən budur ki, fasiq adının əl-Validə aid edilməsi çox uzaq bir şeydir, çünki o, yalnız anladı, zənnə qapıldı və xəta etdi. Xəta edən isə fasiq adlanmaz.[8]

Həmçinin Alləmə İbn Adil əd-Diməşqi (vəf. h. 880) və bəzi digər müfəssirlər ər-Razinin bu sözlərini təfsirlərində təsdiq məqamında zikr ediblər.

Digər məşhur təfsir alimi, əl-Xazin adı ilə tanınmış Aləud-Din Əli bin Muhamməd əl-Bəğdədi (vəf. h. 741) deyir:

Deyilmişdir ki, bu, ümumi mənadadır, araşdırmağı və fasiqin sözünə etimadı tərk etməyi bəyan etmək üçün nazil olub. Bu, ayənin müəyyən bir nəfər haqqında hökmündən daha münasibdir, çünki fasiqlik haqdan kənara çıxmaqdır, halbuki əl-Valid haqqında belə bir şey zənn etmək olmaz. O yalnızca güman etmiş, yalnış anlamış və xəta etmişdir.[9]

Qeyd edilməlidir ki, alimlərin hamısı bu təfsir ilə razılaşmayıblar. Təfsir alimlərinin çoxu ayənin həm əl-Valid bin Uqbə haqqında bir hökm olaraq, həm də ümumi hökmü bəyan etmək üçün gəldiyini deyiblər. Bu görüşdə olanlardan biri Şeyx Nizəmud-Din Həsən bin Muhamməd ən-Nisəburi (vəf. h. 850) deyir:

Təfsir alimlərinin əksəriyyətinə görə əl-Valid Allahın elçisinin – salləllahu aleyhi va səlləm – yanında etibar sahibi idi, bundan sonra yalanına görə fasiq oldu. Həmçinin deyilmişdir ki, əl-Valid qəsdən yalan danışmamışdı, lakin ona ikram etmək üçün toplananları gördükdə onu öldürmək istədiklərini güman etmişdir. Buna belə cavab vermək olar ki, Quranın ləfzi və nazil olma səbəbi bunun əksini göstərir. Bəli, əgər onun bundan sonra tövbə etdiyi deyilərsə bunun tutarlı bir əsası olar.[10]

Əbul-Abbas İbn Acibə (vəf. h. 1224) bu barədə deyir:

əl-Valid araşdırmadığı üçün fasiq adlanıb və bununla itaətin kamilliyindən kənara çıxmışdır. Onun belə adlanması digərlərini bu işdən çəkindirmək və xəbərdar etmək üçündür və onu tövbəyə təşviq etmək üçündür. Allah – təalə — qeybini daha gözəl bilir. Hətta bəzi alimlər bu ayənin mütəşabih ayələrdən olduğunu deyib, çünki əl-Valid’in imanının doğruluğu sabitdir. Əbu Ömər “əl-İstiyab” kitabında deyir: “Ayənin əl-Valid məsələsi haqqında nazil olması səhih deyildir, çünki o, peyğəmbərin – salləllahu aleyhi va səlləm – zamanında səkkiz və ya on yaşında idi; necə bir elçi kimi göndərilə bilər?!” Deyirəm: Bunda qəribə heç bir şey yoxdur, peyğəmbər – salləllahu aleyhi va səlləm – aralarında Əbu Bəkr və Ömərin də olduğu orduya yaşının kiçik olmasına baxmayaraq Usəmə bin Zeydi əmir təyin edərdi, necə ki, bu, əl-Buxari və digər kitablarda keçir.[11]

Burada İbn Acibə’nin sözlərində bir xəta vardır. İmam Əbu Ömər ibn Abdil-Bərr “əl-İstiyab” kitabında bunun tam əksini söyləmişdir, yəni o, ayənin əl-Valid haqqında gəldiyini səhih saymışdır.

Məşhur hənəfi alimi və müfəssir Alləmə Əbul-Fədl Şihəbud-Din əs-Seyyid əl-Alusi (vəf. h. 1270) deyir:

Beləliklə əgər “səhabənin arasında adil olmayanlar vardır” sözü ilə onların içində hər hansı bir zamanda ədalətini pozacaq günah edənlərin olduğu qəsd olunursa ayənin bu mənaya dəlalət etdiyi qəbul edilir. Lakin bu, mübahisə obyekti deyildir. Lakin əgər onların arasında ədaləti tamamilə aradan qaldıracaq əməlin üzərində qalan kəslərin olduğu qəsd olunursa heç kəsdən gizli deyildir ki, ayənin bu mənaya dəlalət etməsi qəbul olunmazdır.[12]

Bununla da əl-Alusi təsdiqləyir ki, ayə əl-Valid bin Uqbə’nin fasiq adını qazanacaq şəkildə bir günah etdiyini isbat etmişdir. Lakin əl-Alusi onu da vurğulayır ki, belə bir şey səhabələrin arasında mövcud idi, yəni səhabənin ədalətini müəyyən bir zamanda qaldıracaq şəkildə zina, yalan kimi böyük günahlar edilirdi. Lakin nə sözü gedən ayədə, nə də digər dəlillərdə onların bu hal üzərində qaldıqlarını göstərən hər hansı bir dəlil yoxdur.

Yekun etibarı ilə deyirik ki, əhlus-sunnət alimlərinin böyük əksəriyyəti səhabələrin hamısını adil sayırlar və onların rəvayətini tərəddüdsüz qəbul edirlər. Əbu Bəkr əl-Cəssas[13] və digərləri kimi bəzi sünni alimləri fərqli fikirdə olublar. İstənilən halda sünnətdə əl-Valid bin Uqbə’dən gələn və yararlana biləcəyimiz hər hansı bir xəbər yoxdur. əl-Hafiz İbn Abdil-Bərr deyir:

əl-Valid bin Uqbə elə bir sünnət rəvayət etməyib ki, ona ehtiyac olsun.[14]

Bu isə Allahın – subhənəhu va təalə — pak sünnəti qoruduğunu göstərir. Ona görə də biz ümumi qayda olaraq səhabələrin hamısının adil olduğunu deyirik və çox cüzi sayda alim istisna olmaqla heç kəs bunda ixtilaf etməyib. Belə nadir hallar isə ümumi qaydanı ləğv etməz, əksinə onu isbat edər. əl-Hafiz Saləhud-Din Əbu Səid əl-Aləi (vəf. h. 761) bu barədə alimlərin içində az sayda alimin fərqli düşündüyünü qeyd etdikdən sonra deyir:

Onların görüşləri onunla rədd olunur ki, səhabələrin hamısı adildir. Onlardan kim hədisi mürsəl rəvayət edirsə bu, yalnız özü kimi digər səhabədəndir. Onların hamısının adil olduğu bəlli olduqdan sonra müəyyən birinin məchul olması zərər verməz. Təfsir əhlinin əl-Valid bin Uqbə’nin hekayəsində və Allahın – təalə — “ey iman edənlər, bir fasiq sizə bir xəbər gətirsə…” sözündə nəql etdikləri kimi səhabələrdən bəzilərinin yalan danışdığını göstərərək etiraz etmək doğru deyildir…Çünki biz deyirik ki, əgər bunun səhih olduğu qəbul edilsə, o zaman bu, çox nadir haldır və heç bir təsiri yoxdur. Hökm isə çoxunluğu, geniş yayılan hala görə verilir. əl-Bəra bin Azib’in – radiyallahu anhu – “bizdən heç kim başqasını təkzib etməzdi” sözləri daha öncə zikr olundu. Bu, qərar tapmış görüşdür ki, əhlus-sunnə bunun üzərində razılaşıb və bununla səhabələrin hamısının – radiyallahu anhum – adil olması görüşünü qəsd edirəm. Bidət və hava əhlinin görüşünə etibar edilməz və onlara əsaslanılmaz.[15]

 


[1] ”Xaluq”, ətir növlərindən biridir, zəfərandan hazırlandığı üçün sarı və qırmızı rənglərdə olur.

[2] ”əl-Avasim min əl-Qavasim”, səh: 102-104; Məktəbətus-Sunnə, altıncı nəşr: hicri 1412, Qahirə

[3] ”əl-Avasim min əl-Qavasim”, səh: 102

[4] “əl-Bidəyə van-Nihəyə”, 11/604-605; Dar Hicr, birinci nəşr:  1418/1998, Cizə

[5] Əbul-Qasim Burhənud-Din Mahmud bin Həmzə bin Nəsar əl-Kərməni; ”Təcul-Qurra” (Quran qarilərinin tacı) ləqəbi ilə tanınmışdır. Dəqiq doğum və vəfat tarixi bilinmir, lakin hicri beşinci əsrin sonu altıncı əsrin əvvəlləri yaşadığı bilinir. Fiqdə şafi məzhəbinə tabe olduğu deyilmişdir.

[6] “Ğaraibut-Təfsir va Acəibut-Təvil”, 2/1122; Darul-Qiblə/Muəssəsətu Ulumil-Quran, Cuddə/Beyrut

[7] “Təfsirun-Nəsəfi”, 3/350; Darul-Kəlimit-Tayyib, birinci nəşr: 1419/1998, Beyrut

[8] “Təfsir əl-Fəxr ər-Razi”, 28/119; Darul-Fikr, birinci nəşr: 1401/1981, Beyrut

[9] “Təfsirul-Xazin əl-Musəmmə Lubəbut-Təvil fi Məanit-Təvil”, 4/178; Tabəatu Daril-Kutubil-Arabiyyə li Mustafa əl-Bəbi əl-Hələbi, hicri 1328, Misir

[10] “Ğaraibul-Quran va Rağaibul-Furqan”, 6/160-161; Dar əl-Kutub əl-İlmiyyə, birinci nəşr: 1416/1996, Beyrut

[11] “əl-Bəhr əl-Mədid fi Təfsiril-Quranil-Məcid”, 5/420; Doktor Həsən Abbas Zəki, hicri 1419, Qahirə

[12] “Ruhul-Məani fi Təfsiril-Quranil-Azim vas-Səbil-Məsəni”, 26/147; İdəratut-Tabəatil-Muniriyyə, Dar İhyə ət-Turas əl-Arabi, Beyrut

[13] Əbu Bəkr əl-Cəssas “əl-Fusul fil-Usul” kitabında (3/152; Vazəratul-Əvqaf vaş-Şuunil-İsləmiyyə, ikinci nəşr: 1414/1994, Küveyt) deyir: “Onun “səhabə yalnız özü kimi bir başqa səhabədən rəvayət edir və onların hamısının rəvayəti məqbuldur” sözünə gəldikdə isə, bu, belə deyildir, çünki peyğəmbərin – salləllahu aleyhi va səlləm – zamanında Allahın – təalə — “Sizə bir fasiq bir xəbər ilə gəlsə dəqiqləşdirin” sözü ilə fasiqliyinə hökm etdikləri olmuşdur və o, əl-Valid bin Uqbədir. Burada başqaları da olmuşdur ki, peyğəmbəri – salləllahu aleyhi va səlləm – görmüşdülər və ondan sonra ədalətlərini düşürəcək əməllər etmişdir və bunda gizli heç bir şey yoxdur.”

[14] “əl-İstiyab fi Mərifətil-Əshab”, 4/1556; Darul-Cil, birinci nəşr: 1412/1992, Beyrut

[15] “Cəmiut-Təhsil fi Əhkəmil-Mərasil”, səh: 69; Dar Aləmil-Kutub, ikinci nəşr: 1407/1986, Beyrut

Sahabələr Allah tərəfindən paklanıb.

Ноябрь 22, 2012 в 3:14 дп | Опубликовано в Sahabeler/Сподвижники | Оставьте комментарий

Görəsən canları və malları ilə cihad etmiş sahabələr barəsində Quranda 33:33 ayəsinə bənzər ayə varmı?
Axı onlar “Lə iləhə illəlah” kəliməsi xatirinə ailələrini və yurdlarını tərk etmişdilər. Məgər Allah Peyğəmbərimizin (sas) arvadlarınin paklanması barəsində ayə endiribsə bu igid döyüşçülərin paklanması barəsində ayə endirə bilməzdi? Continue Reading Sahabələr Allah tərəfindən paklanıb….

«Вечное наставление. Истинное единобожие имамов Ахлю-ль-бейт».

Ноябрь 18, 2012 в 5:13 пп | Опубликовано в Kitablar/Книги, Sahabeler/Сподвижники, Sünnə müdafiəsi/ Защита сунны | Оставьте комментарий

«Вечное наставление. Истинное единобожие имамов Ахлю-ль-бейт». Автор: Мухаммад Салим аль-Хидр. Первое русское издание

© Благотворительный фонд «Аль-Аль ва аль-асхаб». Ответственный за выпуск Абу ‘Умар Салим аль-Газзи, Кувейт 2010

СКАЧАТЬ КНИГУ

Новая книга «Удивительный сад о защите правдивой оправданной»

Октябрь 21, 2012 в 1:39 пп | Опубликовано в Kitablar/Книги, Sahabeler/Сподвижники, Sünnə müdafiəsi/ Защита сунны | Оставьте комментарий

С именем Аллаха Милостивого, Милосердного!

Редакция издательского дома «Свет Ислама» рада сообщить нашим посетителям о выходе в свет новой книги «Удивительный сад о защите оправданной и правдивой» автора Хусейна ибн Хасана аль-Бакира.

Дорогой читатель, эта книга, как вы уже поняли из названия, посвящена защите матери правоверных — любимой жены Пророка, да благословит его Аллах и приветствует, дочери Абу Бакра ас-Сыдыка. Долг каждого мусульманина — охранять честь мусульманок вообще, и обязанность эта становится еще более важной, когда речь идет о женах Пророка, потому что осквернять его честь — это великая беда и тяжкий грех. Мы нуждаемся в истинных знаниях об ‘Аише, да будет доволен ею Аллах, не только потому, что её до сих пор обвиняют в том, чего никто бы из нас не приписал своей дочери, матери или жене. ‘Аиша является образцом для благочестивых женщин благодаря своей вере, знаниям, воспитанности и терпению в испытаниях. Таким образом, охраняя честь и достоинство ‘Аиши, мы охраняем целомудрие каждой девушки и женщины, каждой матери и верной жены. Это есть защита самого Пророка, да благословит его Аллах и приветствует, защита отца Правдивой, да будет доволен ими Аллах, и всех мусульман в целом. И не удивительно, когда все мусульмане поднимаются, если кто-то из порочных людей ругает Пророка, да благословит его Аллах и приветствует, с целью унизить ислам и его обладателей. Но поистине удивляет то, что миллионы мусульман до сих пор не знают о том, что среди нас есть ругающие и обвиняющие в чем-либо жену Пророка, да благословит его Аллах и приветствует, и при этом приписывающие себя к исламу.

http://www.svet-islama.com

СКАЧАТЬ КНИГУ ТУТ.

Ясный довод на имамат?

Октябрь 21, 2012 в 6:43 дп | Опубликовано в Sahabeler/Сподвижники, Sünnə müdafiəsi/ Защита сунны, Şubhələrə rədd/Ответ на сомнения, İmamət/ Имамат | Оставьте комментарий

Шейх шиитов Шариф аль-Муртада в своей книге «Аш-Шафи филь Имама» 2/98, сказал: Continue Reading Ясный довод на имамат?…

Шариф аль-Муртада о сподвижниках

Октябрь 21, 2012 в 6:32 дп | Опубликовано в Sahabeler/Сподвижники, Sünnə müdafiəsi/ Защита сунны, Şubhələrə rədd/Ответ на сомнения | Оставьте комментарий

Шиитский ученый Шариф аль-Муртада сказал в своей книге «аш-Шафи филь Имама» 3/114: Continue Reading Шариф аль-Муртада о сподвижниках…

Əl-Valid bin Uqbə və səhabələrin adilliyi

Октябрь 18, 2012 в 7:43 дп | Опубликовано в Sahabeler/Сподвижники, Sünnə müdafiəsi/ Защита сунны, Şubhələrə rədd/Ответ на сомнения | 1 комментарий

əl-Valid bin Uqbə bin Əbi Mueyt Məkkənin fəthi günü qardaşı Xalid bin Uqbə ilə birlikdə İslamı qəbul etmiş səhabələrdən biridir. Anası Ərva bint Kureyz bin Rabia həm də Osman bin Affan’ın – radiyallahu anhumə — anası olmuşdur. Beləliklə əl-Valid bin Uqbə ana tərəfdən Osmanın qardaşıdır. Kunyəsi Əbu Vahb olaraq tanınır. Peyğəmbərin – salləllahu aleyhi va səlləm – zəkat işini tapşırdığı kəslərdən biri də o, olmuşdur. Xəlifə Osman onu Kufənin valisi təyin etmiş və daha sonra onu vəzifəsindən almışdır. Osman vəfat etdikdən sonra səhabələr arasında baş vermiş savaşlarda iştirak etmədi. Ölənə qədər ər-Raqqa şəhərində qaldı və əl-Bəlix şəhərində dəfn olundu. Continue Reading Əl-Valid bin Uqbə və səhabələrin adilliyi…

Ayetullah Mirza Cevad et-Tebrizî»nin Mü’minlerin Annesi Aişe’nin Talha ile zina ettiğini soran bir kimseye cevabı

Август 29, 2012 в 3:16 пп | Опубликовано в Sahabeler/Сподвижники | Оставьте комментарий

Ayetullah Mirza Cevad et-Tebrizî»nin Mü’minlerin Annesi Aişe’nin Talha ile zina ettiğini soran bir kimseye cevabı.

Ayetullah Mirza Cevad et-Tebrizî»nin Mü’minlerin Annesi Aişe’nin Talha ile zina ettiğini soran bir kimseye cevabı

Əl-Valid bin Uqbə və səhabələrin adilliyi

Июнь 29, 2012 в 5:41 пп | Опубликовано в Sahabeler/Сподвижники, Sünnə müdafiəsi/ Защита сунны | Оставьте комментарий

əl-Valid bin Uqbə bin Əbi Mueyt Məkkənin fəthi günü qardaşı Xalid bin Uqbə ilə birlikdə İslamı qəbul etmiş səhabələrdən biridir. Anası Ərva bint Kureyz bin Rabia həm də Osman bin Affan’ın – radiyallahu anhumə — anası olmuşdur. Beləliklə əl-Valid bin Uqbə ana tərəfdən Osmanın qardaşıdır. Kunyəsi Əbu Vahb olaraq tanınır. Peyğəmbərin – salləllahu aleyhi va səlləm – zəkat işini tapşırdığı kəslərdən biri də o, olmuşdur. Xəlifə Osman onu Kufənin valisi təyin etmiş və daha sonra onu vəzifəsindən almışdır. Osman vəfat etdikdən sonra səhabələr arasında baş vermiş savaşlarda iştirak etmədi. Ölənə qədər ər-Raqqa şəhərində qaldı və əl-Bəlix şəhərində dəfn olundu. Continue Reading Əl-Valid bin Uqbə və səhabələrin adilliyi…

Аль-Кахтани: Исламские убеждения о сподвижниках и шииты-рафидиты

Июнь 29, 2012 в 12:55 пп | Опубликовано в Media/Медия, Sahabeler/Сподвижники, Sünnə müdafiəsi/ Защита сунны | Оставьте комментарий

Видео по линку

http://salaf-tube.com/?p=2181

Следующая страница →


Entries и - комментарии feeds.